Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türkiyə Böyük Millət Məclisinin yaradılmasının ildönümü ilə bağlı mediaya açıqlamasında deyib.
H.Altınalan bildirib ki, tarixdə ən əhəmiyyətli dönüş nöqtələrindən biri olan, Türk xalqının gələcəyini müəyyən edən və millətin müstəqilliyini bütün dünyaya bəyan edən 23 aprel münasibətilə FETÖ xainlərini bir daha lənətləyir, Türk bayrağının daim ucalarda olmasını diləyir: “Bizlərə barışı gətirən güclü və cənnət kimi ölkə bəxş edən, başda Qazi Mustafa Kamal Paşa olmaqla, bütün atalarımızı dərin hörmət və minnətlə anırıq”.