Koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və davamlı xarakter alan tədbirlərə ictimiyyətin münasibəti onların Prezidentə ünvanladıqları müraciətlərdə əks olunub.
Müxtəlif kateqoriyalı insanlar, peşə və sənət sahibləri tərəfindən Prezidentə ünvanlanan məktublardan biri də Ağcabədi rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkün Dünyamalıyev Məhərrəm Əli oğlu tərəfindən göndərilib.
Məhərrəm Dünyamalıyevin Prezidentə yazdığı məktubla sizi də tanış edirik.
“Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır”.
M.Dünyamaliyev xalqımızın bu bəladan tezliklə və az itkilərlə xilas olacağına bir vətəndaş kimi əmin olduğunu qeyd edir:“Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.
M.Dünyamalıyev, həmçinin, məktubunda ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, ölkə başçısının məcburi köçkünlərə göstərdiyi qayğının davamlı xarakter aldığını, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə onlara evlərin təqdim edilməsini, bununla da mənzil-məişət şəraitlərinin yaxşılaşmasının sevincini yaşadıqlarını da qeyd edir.
M.Dünyamalıyev məktubunda məcburi köçkünlərlə göstərdiyi bu davamlı qayğıya görə də Prezidentə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlını bildirib.
Baki-xeber.com