Gəncədən Azadil və Vüsal Hüseynovlar Prezidentə məktublarında onun “Biz birlikdə güclüyük!”sözünü xatırladaraq, keçdiyimiz həssas dönəmdə bu ifadənin təsdiqini tapdığını bildirir, hətta ona maraqlı dəyişiklik edərək yazırlar:
Bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi, təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və Sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz.
Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik.
Cənab Prezident, Allah Sizə uzun ömür versin, Sizin kölgənizi Azərbaycan dövlətinin, Azərbaycan xalqının üzərindən əskik etməsin.