Sumqayıtdan Qarabağ qazisi, Laçın rayonundan məcburi köçkün Murad Eyvazov məktubunda ölkə başçısının Qarabağ qazilərilərini hər zaman diqqət və qayğı ilə əhatə etməsindən söz açaraq yazır:
Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik.