13/12/2019 21:02
728 x 90

ABŞ-da 1,5 milyon insan yadplanetlilərin saxlandığı iddia edilən sirli “51-ci bölgə”yə girmək üçün hərəkətə keçdi

img

ABŞ-dakı yüz minlərlə insan, haqqında yadplanetlilərlə bağlı bir çox nəzəriyyələr dolaşan Hərbi Hava Qüvvələrinə aid “51-ci bölgə”yə girmək üçün kampaniyaya başlayıb.

Baki-xeber.com trthaber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Nevada əyalətində yerləşən Hərbi Hava Qüvvələrinə aid “51-ci bölgə”də hərəkətlilik yaşanır.

Facebook-da təşkil edilən bir kampaniyada, kosmik tədqiqatların aparıldığı düşünülən və hətta yadplanetlilər üzərində araşdırma aparıldığı iddia edilən “51-ci bölgə” basqın etmək çağırışları səslənir.

“Hamımızı birdən dayandıra bilməzlər" şüarı təşkil edilən kampaniya çərçivəsində iştirakçıların məxfi hərbi bölgəyə girməyə çalışacağı ifadə edilir. Kampaniyada hazırda 1,5 milyon insanın "iştirak edəcəyəm" deməsi isə vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

ABŞ-da, bir növ sosial media zarafatı ilə başlayan kampaniyanın, təhlükəli nəticələrə səbəb olacağından narahatdırlar.

Sentyabrın 20-nə başlayacağı planlaşdırılan kampaniyanın canlı yayımlanacağı bildirilir.

Məsələ ilə bağlı “Washington Post”a açıqlama verən Hərbi Hava Qüvvələri rəsmisi “Amerika və onun varlığını qoruymağa hazır” olduqlarını deyib.

Facebook istifadəçisi Jakson Barns, kampaniyada səhifəsində "Salam ABŞ dövləti, bu bir zarafatdır və əslində bu hadisəyə qatılmaq niyyətim yoxdur" yazıb. Amma Hərbi Hava Qüvvələrinə görə, vəziyyət o qədər də komik deyil və ciddidir.

Hərbi Hava Qüvvələrinin rəsmisi, “51-ci bölgə”nin ABŞ Hava Qüvvələrinə aid açıq təlim sahəsi olduğunu və buraya yönəlmiş hər hansı cəhdə icazə verməyəcəklərini söyləyib.

“51-ci bölgə”nin keçmiş işçisi Bob Lazar, İnstagram hesabından açıqlama yayaraq bildirib ki, bu zarafat reallığa çevrilməməlidir.

“51-ci bölgə” haqqında bir neçə söz demək istərdim. Bu kampaniyanın bir zarafat olduğunu bilirəm. Ancaq indi bir çoxları bunun bir gerçək plan olduğunu düşünür. “51-ci bölgə” gizli bir araşdırma mərkəzidir. Burada heç bir canlı məxluq yoxdur” - Bob Lazar yazıb.

Son xəbərlər