07/12/2019 10:44
728 x 90

Portuqaliya iranlılara viza verilişini hələlik bilinməyən səbəblərdən dayandırdı

img

Portuqaliya təhlükəsizlik səbəbləri ilə iranlıları viza ilə təmin etməyi dayandırıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Portuqaliya xarici işlər naziri Santos Silva açıqlama verib.

Qərarın iki gün əvvəl verildiyi bildirilir. Bu addımın ölkələr arasındakı münasibətlərlə əlaqəsi olmadığını deyən nazir, qərarın səbəblərini daha sonra açıqlayacaqlarını, ancaq bunun ictimailəşdirilməcəyini bildirib.

Mühafizəkar CDS-PP partiyasından millət vəkili Hoao Qançalves Pereira "Biz iranlılara 2 və ya 3 həftədir viza verilməsinin dayandırıldığına dair məlumat aldıq. Biz bunu təsdiq etmək istədik" deyib.

Parlament komitəsinin bununla bağlı iki saat davam edən qapalı dinləmələri keçirilib. Dinləmələrdən sonra Silva bildirib ki, bu proses müvqqətidir. O bunun tezliklə bərpa ediləcəyinə dair ümidini ifadə edib.

İranın Lissabondakı səfirliyindən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Son xəbərlər