07/12/2019 09:56
728 x 90

İraqda türkiyəli diplomat öldürüldü - FOTO

img

İraqın Ərbil şəhərində bir restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki Baş Konsulluğunun diplomatı qətlə yetirilib.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərbil Baş Konsulluğunun diplomatları getdikləri “Huqqabaz” adlı restoranda silahlı hücuma məruz qalıblar.

Restoran sahibinin açıqlamasına görə, diplomatlar içəri daxil olduqdan sonra mülki geyimli və üzərində iki silah daşıyan şəxs Konsulluq əməkdaşlarına atəş açıb. Naməlum şəxsin susdurucu silahdan açdığı atəş nəticəsində Türkiyə konsulunun köməkçisi Hakan Karaçay hadisə yerində keçinib. Hadisə yerində olan iki iraqlının da öldürüldüyü bildirilir.

Diplomatlara silahlı hücum edən naməlum şəxs və ya şəxslərin tutulması üçün Ərbildən başqa şəhərlərə gedən bütün yollar başlanıb.

Son xəbərlər