23/08/2019 00:57
728 x 90

Keçmiş NATO generalı Rusiyanın bəzi ölkələrə hücuma hazırlaşdığını iddia etdi və Almaniyaya xəbərdarlıq etdi

img

Rusiya qadağan olunmuş raketlərlə silahlanmağa davam edir və Avropada müharibə aparmağa hazırlaşır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Die Welt" qəzeti yazıb.

Qəzet məqalədə, istefada olan general-leytenant, NATO baş katibinin keçmiş müavini Haynrix Braus və Kil Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoaxim Krauzenin açıqlamalarına yer verib.

Krauzenin fikrincə, Avropanın iqlim dəyişikliyi və miqrasiya böhranı ilə mübarizə apardığı bir vaxtda Rusiya heç bir əsas olmadan nüvə silahı ilə təhdid edilən regional döyüşlərə hazırlaşır.

Braus isə, Rusiyanın Qərb dövlətləri ilə bilərəkdən qarşıdurmaya getdiyini, dünya nizamını və NATO-nun birliyini pozmağa çalışdığını, ancaq NATO ilə qarşıdurmadan qalib çıxa bilməyəcəyini bildiyi üçün, nüvə təhdidi ilə qəfil zərbə endirə biləcəyini iddia edib.

Braus Rusiyanın bu addımları nəticəsində Avropa ölkələrinin əhatəli bir müharibə ilə status-kvonu Moskvanın lehinə radikal bir şəkildə dəyişdirmək arasında seçim etmək vəziyyətində qalacaqlarını deyib.

Istefada olan general Rusiyanın hücumlara başlaya biləcəyi yerləri də sadalayıb - Qaradəniz bölgəsi, Baltik ölkələri, Polşa və Ukrayna.

Hər iki ekspert də belə bir qarşıdurmada coğrafi mövqeyinə görə əsas rolda Almaniyanın olacağını deyərək, Alman rəhbərliyini silahlı qüvvələrini bir an aəvvəl NATO-nun çətin vəzifələrini icra etmək üçün müharibəyə hazır vəziyyətə gətirməyə çağırıb.

Son xəbərlər