23/08/2019 00:55
728 x 90

İran Avropa Birliyinə çağırış etdi – Sanksiyaları dayandırması üçün ABŞ-a təzyiq göstərin!

img

İranın birinci vitse-prezidenti İshaq Cihangiri, Avropa Birliyi (AB) ölkələrinin İrana deyil, sanksiyalarını dayandırması üçün ABŞ-a təzyiq göstərməyə çağırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər veri ki, Cihangiri, nüvə müqaviləsinin davam etməsi və davamlı olması üçün AB ölkələrinin vədlərini yerinə yetirməsinin gərəkdiyini deyib.

Onun sözlərinə görə, bu ölkələr İrana deyil, sanksiyalarını dayandırması üçün ABŞ-a təzyiq göstərməlidir.

İranı sanksiyalarının ləğv edilməsinə çağıran Cihangiri deyib:: "İranın nüvə razılaşması çərçivəsində öz öhdəliklərini yenidən yerinə yetirməsi çox asandır, bir neçə saat ərzində bununla bağlı qərar qəbul edə bilərik. İranın öz öhdəliklərini tam yerinə yetirməsi üçün müqaviləyə imza atan digər tərəflər də öz sözlərini yerinə yetirməlidirlər".

Son xəbərlər