ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması və F-35 qırıcıları ilə bağlı açıqlama verib.
Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, Tramp ABŞ-ın Türkiyəyə F-35 satmayacağını bəyan edib.
Barak Obama dövründə Türkiyəyə “Patriot” satılmamasına görə əvvəlki hakimiyyəti tənqid edən Tramp, Türkiyənin buna görə Rusiyadan S-400 aldığını deyib.
Türkiyənin hazırkı vəziyyətini anladığını deyən Tramp bildirib: “Türkiyə çox çətin vəziyyətdir və biz də ABŞ olaraq çətin vəziyyətdə qaldıq. Ancaq bunu deyim - ABŞ, Rusiyadan raket sistemi aldığı üçün NATO müttəfiqi Türkiyəyə F-35 döyüş təyyarələrini satmayacaq. Çox çətin bir vəziyyətdir, amma bunun üzərində işləyirik. Nə baş verəcəyini görəcəyik, amma həqiqətən bu ədalətli deyil”.
Tramp ayrıca, bu vəziyyətə görə F-35 təyyarələrinin istehsalçısı Lockheed Martinin məmnun qalmadığını, çünki firma üçün bunun minlərlə işyeri anlamına gəldiyini deyib.