12/11/2019 14:25
728 x 90

ABŞ və Britaniya xüsusi xidmətlərinin Putinə qarşı gizli sövdələşməsinin üstü açıldı

img

Amerika və Britaniyanın xüsusi xidmətləri Rusiya Prezidenti Vladimir Putinin yaxınlığındakı şəxslər və Müdafiə Nazirliyi barəsində yeni ABŞ sanksiyalarına yol açacaq feyk xəbərlər yaymağa hazırlayır.

Baki-xeber.com xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə “Sputnik”ə məlumat verib.

Mənbənin sözlərinə görə, həmin məlumatlardan Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi üçün istifadə olunacaq. Hazırda qərb xüsusi xidmətlərinin təşkil etdiyi anti-Rusiya kampaniyası özünün aktiv fazasındadır.

"İnformasiya məkanında həddən artıq aqressiv addımlar atılır. Artıq gizlədilməyən provokasiya hərəkətləri çərçivəsində Amerika və Britaniyanın xüsusi xidmətlərinin mütəxəssisləri Rusiya rəhbərliyi barədə feyk informasiya hazırlayırlar", - agentliyin müsahibi bildirib.

Mənbə deyib ki, bu kampaniya "Panamageyt"in (2015-ci ildə ofşorlar barədə qərb KİV-də yayımlanan dosyelərlə bağlı qalmaqal) ssenarisini təkrarlayır.

Yəni bu şəkildə Qərbin lehinə süni olaraq hazırlanmış materiallar, Dövlət Departamentinə bağlı "Korrupsiya və mütəşəkkil cinayətlərin araşdırılması layihəsi" (OCCRP)  və "Jurnalist araşdırmalarının beynəlxalq konsorsiumu" (ICIJ) təşkilatları vasitəsilə Corc Soros, Uilyam Brouder kimi məşhur maliyyəçilərin nəzarətində olan, həmçinin ABŞ rəhbərliyi tərəfindən maliyyələşdirilən media qurumlarına sızdırılır.

"Panama dosyesi"ndə olduğu kimi, irəli sürülən ittihamların cəfəngliyinə baxmayaraq, bu informasiyalar Ağ Evdə yeni sanksiyalar üçün əsas kimi istifadə edilir. Bu cür hərəkətlər ölkədəki sabitliyi sarsıtmaq, iqtisadi potensialını azaltmaq və rəhbərliyə təsir göstərmək məqsədilə rıçaq formalaşdırmaq üçün Rusiyanın daxili işlərinə birbaşa müdaxilədir", - mənbə deyib. 

Son xəbərlər