25/08/2019 18:17
728 x 90

Vaşinqtonun Türkiyəyə qarşı “S-400 sanksiyalarını” gələn həftə elan edəcəyi iddia edildi

img

ABŞ Rusiyadan S-400 raketdən müdafiə sistemləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb və gələn həftə elan etməyi planlaşdırır.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ rəhbərliyi Türkiyəyə qarşı sanksiya paketini müəyyənləşdirib. Belə ki, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib.

“Bloomberg” yazır ki, sanksiyalar gələn həftə rəsmən elan ediləcək.

Son xəbərlər