İŞİD terror təşkilatı Suriyadakı qarşıdurmalarda ilk dəfə dronlardan istifadə edib. Terrorçular dronlarla "Fərat qalxanı" adı altında Suriyada əməliyyat keçirən Türkiyə əsgərlərini hədəf alıblar.
Baki-xeber.com xəbər verri ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, Suriyanın şimalında Çobanbəy rayonunda İŞİD-in hücumu nəticəsində 3 türk əsgəri yaralanıb. Yaralı əsgərlər Suriya ilə sərhəddə yerləşən Kilisə gətiriliblər. Məlumatda əsgərlərdən birinin vəziyyətinin ağır olduğu deyilir.
Baş Qərargahdan bildirilir ki, terrorçular türk hərbçilərinə dronla hücumu ediblər
Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələri isə terrorçuların mövqelərinə cavab zərbələri endirib və bir neçə hədəf məhv edilib. Məlumatda o da qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı cavab zərbələri zamanı ilk dəfə milli silahlardan istifadə edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.