İrandakı banklar daxili bazarı canlandırmaq məqsədilə müştərilərinə ilk dəfə kredit kartı paylayıb. Baki-xeber.com xəbər verir ki, banklar tərəfindən ilk gündə on minlərlə kredit kartı buraxılıb.
İran mətbuatı yazır ki, ölkə iqtisadiyyatını gücləndirmək məqsədilə buraxılan kredit kartları, Mərkəz Bankı tərəfindən təyin müəyyənləşdirilən aşağı limitlə 100 milyon riyal (2800 dollar), 300 milyon riyal (8400 dollar) və ən yüksək limit 500 milyon riyal (14 min dollar) olmaqla üç fərqli kart limitilə təqdim edilir.
Banklar tərəfindən verilən kredit kartlarının beynəlxalq kredit kartı şirkətləri heç bir əlaqəsi yoxdur, onlar yalnız ölkə daxilində istifadə edilə bilər.
Əvvəllər kredit kartı istifadə edilməyən İranın bank sistemində yalnız bank kartları və ödəniş kartları istifadə edilirdi.