Gürcüstanın Daxili İşlər Nazirliyi keçmiş prezident Mixeil Saakaşvilinin ölkəyə gələcəyi halda həbs olunacağını bəyan edib.
“Novosti Gruzii” saytının məlumatına görə, bunu daxili işlər naziri Georgi Mqebrişvili deyib.
Ölkənin ədliyyə naziri Teya Tsulukani də bundan əvvəl Saakaşvilinin ölkəyə gələcəyi halda həbs olunacağını bildirmişdi.
Saakaşvili 2016-cı ilin mayında Gürcüstana dönmək və fəal şəkildə siyasi proseslərə qoşulmaq fikrində olduğunu bildirimişdi.
Səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla bir sıra cinayət əməllərində ittiham olunan Saakaşvili ölkə daxilində axtarışa verilib.
Keçmiş prezident hazırda Ukraynanın Odessa vilayətinin rəhbəridir. O, Gürcüstan vətəndaşlığından məhrum edilib.