Səudiyyə Ərəbistanı gələn həftə Əlcəzairdə reallaşdırılacaq neft zirvəsi öncəsi İran bu il istehsalını məhdudlaşdırmağı qəbul edəcəyi halda öz neft istehsal səviyyəsini aşağı salacağını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı “Reuters” açıqlama verən üç ayrı mənbə təklifin Tehrana bu ay verildiyini və qəbul edilib-edilmədiyinin hələ bilinmədiyini deyib.
Mənbələrə görə, İranın istehsalı gündəlik 3.6 milyon barrel səviyyəsində donduracağı qarşılığında Riyad neft istehsalını bu ilin əvvəlindəki səviyyələrə endirməyə hazır olduğunu bildirib: "Səudiyyəlilər endirimə hazırdır, lakin iranlılar da istehsalın dondurulması təklifini qəbul etməlidir".