Dumanın keçmiş sədri Sergey Narışkin Xarici Kəşfiyyat İdarəsinin rəisi təyin olunub. Prezident Vladimir Putin Narışkinə deyib ki, “siz bizim indi hansı şəraitdə olduğumuzu, ölkənin stabil inkişafı üçün bu xidmətin nə qədər əhəmiyyətli olduğunu anlayırsınız”.
Putin deyib ki, təhlükələr yaranan kimi qarşısı alınmalıdır.
Narışkin 2011-2016-cı illərdə Dumanın sədri olub. 2004-2007-ci illərdə hökumətin aparatının rəhbəri, 2007-2011-ci illərdə prezident administrasiyasının rəhbəri işləyib.
61 yaşlı Narışkin də Putin kimi Sankt-Peterburqdandır və “KQB” məktəbinin məzunudur- SSRİ Ali DTK Məktəbini bitirib.
Narışkindən əvvəlki kəşfiyyat rəhbərti Mixail Fradkovun isə Rusiya Dəmryollarının idarə heyətində sədr olacağı ilə bağlı mediada məlumatlar yayılıb.