Fətullah Gülən hərəkatı (FETÖ) Tacikistanda ciddi maliyyə problemilə üzləşib. “Ozodi” radiosunun xəbərinə görə, Düşənbədəki FETÖ'nün “Dialoq” qrupu kirayəyə götürdükləri binanı boşaltmağa başlayıb.
Qrupun rəhbəri Emsal Koç iki gün əvvəl bildirib ki, Tacikistandakı təşkilat fəaliyyətlərini maliyyə problemlərinə görə müvəqqəti olaraq dayandırır.
"Dialoq" liderlərindən biri olan Nadir Odilov da təşkilatın fəaliyyətinin iqtisadi səbəblərə görə dayandırıldığını iddia edib.
Onu da xatırladaq ki, keçən il Tacikistanda FETÖ-yə aid Şəlalə təhsil qurumlarına bağlı məktəblərin adları dəyişdirilib və dövlət nəzarətinə keçib.
“Dialoq” qrupunun fəaliyyətinin birbaşa hökumətin tələbilə dayandırılmasına dair də xəbərlər yayılıb.