Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından olan Sergey Rolduqin ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərilə bağlı proqnozunu açıqlayıb. Onun fikrincə ABŞ-ın növbəti prezidenti Respublikaçıların namizədi Tramp olacaq.
Baki-xeber.com xəbər verir ki, “Reuters”ə açıqlamasında Rolduqin siyasətçilərin yüksəldikcə davranışlarının da dəyişdiyini deyib: “Amerikada kimin qazanacağını bilirəm. Sonra yoxlaya da bilərsiniz. Tramp qazanacaq".
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Trampı Putini tərifləməsi və onun güclü lider olduğunu deməsindən sonra sərt tənqid etmişdi.
Putin də daha əvvəllər Trampın tərifləmiş və onun "çox qabiliyyətli” olduğunu demişdi. İndi isə Putinin uşaqlıq dostu Rolduqini seçir...