Gürcüstanda bir televiziya proqramına qonaq olan deputatlığa namizədlər əlbəyaxa davaya çıxıb. Baki-xeber.com xəbər verir ki, Gürcüstanda 8 oktyabrda keçiriləcək seçkilərə saylı günlər qalır, bu çərçivədə ölkədəki siyasi gərginlik də artır.
Televiziya proqramına qatılan iki siyasətçi - Demokratik Hərakatın üzvü Vepkhia Gurgenishvili və Sənayeçilər Partiyasından Polad Khalikovun canlı verilişdə gərgin mübahisəsi sonda yumruq davasına çevrilib.