İŞİD terror təşkilatı Suriya ərazisindən Türkiyəyə “Katyuşa” raketləri ilə zərbələr endirib.
Məlumata görə, Kilis şəhərinin mərkəzində bazara endirilən raket zərbələri nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-nin uşaq olduğu bildirilir.
Hadisədən dərhal sonra Türkiyə ordusu İŞİD-in Suriyadakı mövqelərini top atəşinə tutub.