Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Baki-xeber.com-un Kremlin saytına istinadən xəbərinə görə, söhbət zamanı iki ölkə lideri Rusiya-Türkiyə əməkdaşlığının inkişafını müzakirə edib. Xəbərə görə, Ərdoğan Putini Dumaya keçirilən uğurlu seçkilərlə bağlı təbrik edib. Putin və Ərdoğan, eyni zamanda, Suriya münaqişəsi və ondan çıxış yollarını ilə bağlı fikir mübadiləsi aparıb.