Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi üzrə müxtəlif planları nəzərdən keçirir.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu planlar arasında Türkiyə piyada qoşunları və xüsusi təyinatlılarının Suriyaya daxil edilməsi də var.
Terrorçular şəhərə gedən yolları möhkəmləndiriblər və minalayıblar.
Ancaq müdafiə naziri Fikri İşık deyib ki, Türkiyə "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyaya piyada qoşunu göndərməyi planlaşdırmır. Onun sözlərinə görə, Türkiyə bu əməliyyat çərçivəsində Azad Suriya Ordusunu tam dəstəkləyəcək.