Qırğızıstan hüquq-mühafizə orqanları paytaxt Bişkekin 2 mərkəzi küçəsində eyni vaxtda aşkarlanan əldədüzəlmə partlayıcı qurğuları zərərsizləşdirib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə ölkənin Təhlükəsizlik xidmətinin mətbuat katibi Rahat Süleymanov xəbər verib. Onun sözlərinə görə, sakinlərin şübhəli polietilən torbalar barədə xəbər verməsindən sonra əraziyə mütəxəssislər cəlb olunub və partlayıcı qurğular heç bir insan tələfatı olmadan zərərsizləşdirilib.
Süleymanov onu da deyib ki, hüquq-mühafiə orqanları Bişkek əhalisinə “xüsusilə ayıq-sayıq olmaq” çağırışı edib.