Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında Təhlükəsizlik Şurasının genişləndirilməli olduğunu deyib.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, Ərdoğan deyib ki, onun tərkibində 5 deyil, 20 ölkə təmsil olunmalıdır:”Bu tərkiblə TŞ ədaləti necə bərpa edə bilər? Bu gün onun tərkibi 3 Avropa ölkəsi, 1 Asiya ölkəsi və ABŞ-dan ibarətdir. Bəs qalanları? ”- deyən Türkiyə prezidenti bildirib ki, burada azı 20 ölkə toplaşaraq digər ölkələri təmsil etməlidir.
Eyni zamanda Ərdoğan Avropa ittifaqını da miqrantlarla bağlı Ankara qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməkdə suçlayıb. Bildirib ki, Türkiyə qaçqınlara 12,5 milyard dollar xərcləməklə öz öhdəliklərinə sadiq qaldığı halda Aİ sözünü tutmayıb.