Kosovoda məktəblərdə paylanan coğrafiya kitablarındakı “Türkiyə xəritəsi” ciddi qalmaqallara yol açıb.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, buna səbəb həmin xəritədə Anadolunun bir hissəsinin Ermənistan, digər hissəsinin isə Kürdüstan olaraq göstərilməsidir.
Olay Kosovonun Prizren şəhərində yaşanıb. Lakin ölkənin Təhsil Nazirliyi özünün koordinatorluğu ilə çap olunan kitablarda belə bir halın olmadığını, sözügedən xəritələrin Albaniyadan təmənnasız olaraq Kosovoya göndərilən coğrafiya kitablarında yer aldığını bildirib. Nazirliyin sözçüsü Ferdi Kovaç məsələni nəzarətdə saxlayacaqlarını, məktəbləri gəzərək bütük şagirdlərdəki kitabları gözdən keçirəcəklərini bildirib.
Maraqlıdır ki, qalmaqallı xəritənin yer aldığı kitabların 2005-ci ildən istifadədə olduğu da bəlli olub.