ABŞ və Türkiyə NATO üzrə tərəfdaşdırlar və buna görə də Vaşinqton Fəthullah Güləni ekstradisiya etməlidir. Trend-in "Yeni şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, həmçinin bütün dünyada Gülən hərəkatının fəaliyyətinin qadağan edilməsi barədə təkliflə çıxış edib.
Ərdoğan onu da deyib ki, Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadıla bilər. O bu rejimin hansı müddətə uzadılacağını dəqiqləşdirməyib.