Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun suriyalı həmkarı Valid Muallemlə təkbətək görüşü gözlənir.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, görüşün əsas mövzusunu bu günlərdə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Suriya Ordusunu qəfil bombardman etməsi təşkil edəcək.
Xatırladaq ki, sentyabrın 17-də beynəlxalq “anti-İŞİD” koalisiyası qəflətən Suriya ordusunun mövqelərinə havadan zərbələr endirib. Nəticədə 62 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb. Pentaqon baş verənləri “yanlışlıq” adlandırıb.