Suriyanın Hələb şəhərinə humanitar yardım aparan 20 TIR Suriya ordusu və Rusiyaya aid təyyarələr tərəfindən bombalanıb.
Baki-xeber.com beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, hücum nəticəsində 15 TIR yanıb və ən az 20 nəfər ölüb.
Beynəlxalq yardım konvoyu Suriya ordusu və Rusiya təyyarələri tərəfindən vurulub. Yardım komvoyunun Birləşmiş Millətlər Təşkilatı yoxsa, Qızıl Xaç Təşkilatına aid olduğu hələ bilinmir. Hər iki təşkilat də araşdırma aparır.
Onu da qeyd edək ki, bundan az əvvəl terror təşkilatlarının Rusiya və ABŞ-ın razılaşdırdığı atəşkəs razılaşmasına riayət etmədiyini bəhanə edən Suriya rejimi, atəşkəs rejiminə son verildiyini açıqlamışdı.
Ordu bundan sonra da terrorla mübarizəyə davam edəcəyinin bəyan edib.