Ramzan Kadırov sentyabrın 18-də Çeçenistan liderliyinə keçirilən seçkidə liderlik edir. Bülletenlərin 15 faizinin sayılması onun 97 faizdən çox səs topladığını göstərir.
Bu barədə sentyabrın 19-da Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
MSK-nın məlumatına görə, digər namizədlər 2 faizdən də az səs toplayıblar. Onlar “Ədalətli Rusiya”, Kommunist” və “Artım Partiyası” nın namizədləridir.
MSK-nın məlumatına görə, seçkidə 83 faizdən artıq seçici iştirak edib.
Ramzan Kadırov doğma “Çentoroy” kəndində anası Aymani Mesieva ilə birlikdə səs verdikdən sonra küçəyə çıxıb, jurnalistlərlə görüşüb, sonra isə "ləzqinka" oynayıb.
39 yaşlı Kadırov 2007-ci ildən Çeçenistan rəhbəridir. Apreldə səlahiyyət müddəti bitdiyinə görə, son bir neçə ay ərzində respublika liderinin səlahiyyətlərini icra edirdi.