Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Rusiya atəşkəsi normal təmin etmək əvəzinə özünüreklamla məşğuldur.
CNN telekanalına müsahibəsində Con Kerri Rusiya hakimiyyətini Suriya lideri Bəşər Əsədə təsir etməyə çağırıb. Çünki Vaşinqton əmindir ki, Suriya hökuməti ölkəyə humanitar yardımın daxil olmasının qarşısını alır, halbuki Rusiyanın bu prosesə nəzarət etmək imkanı var.
O, eyni zamanda tərəfləri bir gün əvvəl baş verən «dəhşətli hadisə»ni təkrarlamamağa çağırıb. Sentyabrın 18-də koalisiya qüvvələri səhvən Suriya hökumət qüvvələrinə raket zərbəsi endirib, 60 əsgər ölüb.