Birləşmiş Ştatların prezidenti Barak Obama Nyu-Yorkda çıxışı zamanı prezidentliyə namizəd Hillari Klintonu tərifləyib.
O, Amerikada indiyə qədər qadın prezidentin olmamasını güclü qadının cəmiyyəti narahat etməsilə izah edib. Ancaq keçmiş dövlət katibi Hillari Klintonun ağlına, gücünə, yanılmazlığına inandığını deyib.
Prezidentliyə digər namizəd Donald Trampa gəlincə, Obama onun adını da çəkməyib, namizəd olan «o oğlanın prezidentlik üçün səriştəsi olmadığını», «dövlət başçısı kimi çətin vəzifənin öhdəsindən gəlmək üçün nə isə öyrənməyə çalışmadığını» bildirib.