Türkiyədə hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülən tərəfdarlarının ölkə Silahlı Qüvvələri tərkibində aşkar edilərək xaric edilməsi prosesi davam etdirilir. Trend "Milliyet" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar deyib.
H,Akarın sözlərinə görə, SQ-nin heyəti yalnız Gülən tərəfdarlarından tam təmizləndikdən sonra Türkiyə Ordusu daha güclü olacaq.
Suriyada "Fərat qalxanı" hərbi əməliyyatı Türkiyənin təhlükəsizliyi məqsədilə aparılır. Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib.
Onun sözlərinə görə, əməliyyat Suriyanın ərazi bütövlüyünə qarşı yönəldilməyib.