Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizənin yeni mərhələsinə başlayacaq. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ölkədə hərbi çevriliş cəhdi ilə birbaşa əlaqəsi olan Gülən hərəkatı ilə sonuna qədər mübarizə aparacaq.
Ərdoğan onu da deyib ki, Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-dən 5 min kvadratmetrdən çox ərazini azad edib. Onun sözlərinə görə, hazırda Suriyada olan türk qoşunları "Fərat qalxanı" əməliyyatı çərçivəsində cənub istiqamətində irəliləyirlər.