Almaniya kansleri Angela Merkel reytinqinin düşməsinin ardından daha bir uğursuzluğa imza atıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, Berlində keçirilən parlament seçkilərində onun partiyası cəmi 18 faiz səs toplayıb ki, bu da xristian-demokratların tarixində ən aşağı göstəricidir. Birinci yeri isə 23 faiz səslə sosial-demokratlar qazanıb.
Beləliklə, hakim Azad Demokratlar və Xristian Demokratlar partiyaları koalisiyası öz varlığına son qoyur. Hökumət isə Sosial-Demokratlardan, “Yaşıllar”dan və sollardan ibarət yeni blok qurmalıdır.
Bu arada kansler Angela merkel Nyu-York səfərini təxirə salıb. Lakin bu onun imicini xilas etməyəcək. Belə görünür, almanlar kanslerin uğur qazanmayan miqrant siyasətindən bezib...