Suriyada rejim güçləri ABŞ təyyarələrinin bombardmanının ardından İŞİD terror təşkilatının əlinə keçən hava limanı ve bölgədəki kritik nöqtələrin geri alındığını bəyan edib.
Xəbərə görə, ABŞ təyyarələri Deyr Ez-Zorda Suriya ordusu birliklerini 4 dəfə bombalayıb. Bombardman nəticəsində 60-dan çox əsgərin öldüyü, 100-dən artığının isə yaralandığı xəbər verilir. ABŞ tərəfi sonradan verdiyi açıqlamada hədəfin İŞİD olduğunu, Suriya Ordusunun yanlışlıqla bombalandığını açıqlayıb.
Xəbərdə o da bildirilir ki, İŞİD-dən alınaraq Suriya Ordusunun nəzarətinə qaytarılan strateji əhəmiyyətli məkanlar sırasında Əl-Tharda dağındakı mövqelər də var. Digər tərəfdən Suriya XİN BMT TŞ-yə göndərdiyi məktubda ABŞ təyyarələrinin Suriya Ordusu güclərini bombalamasını qınayaraq, ABŞ-ı İŞİD-ə dəstək verməkdə ittiham edib.
Xatırladaq ki, daha öncə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Deyr əz-Zorda Suriya rejiminə aid əsgəri düşərgəni vurduğunu açıqlamışdı. Bunun ardından isə ABŞ Baş Qərargahı “bir yanlışlıq olduğunu”, Əsəd güclərinin İŞİD ehtimal edilərək vurulduğunu açıqlayıb.