Alman hökuməti miqrantlara pulsuz təhsil imkanı yaradacaq, bir şərtlə ki, onlar təhillərini bitirdikdən sonra vətənlərinə dönməlidirlər.
Baki-Xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, belə bir açıqlama ilə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Herd müller yerli “Welt” qəzetinə müsahibəsində çıxış edib. Alman nazir deyib ki, ərizə verilməsi və qaçqın statusunun alınması 2 il çəkə bilər və hazırda həmin proses gedir. Bu səbəbdən hələlik işləyə bilmir və depressiyaya düşür. Nazirin sözlərinə görə, bu insanlara burada peşə təhsili aldıqdan sonra ölkəsinə qayıtmaq təklif olunacaq, lakin bu, könüllülük prinsipinə əsaslanacaq.
Müller onu da deyib ki, hökumətə 100 milyon avroya başa gələcək sözügedən proqramın icrasına artıq başlanıb.