Fransa prezidenti Fransua Olland Avropa Birliyi liderlərinin görüşündən öncə ABŞ-a açıq mesaj göndərib.
Baki-xeber.com xəbər verir ki, AB liderləri, birliyin gələcəyini müzakirə etmək üçün Slovakyanın paytaxtı Bratislavada İngiltərəsiz bir araya gəlir. Yığıncaqdan əvvəl açıqlama verən Fransa prezidenti Olland Fransanın Avropa müdafiəsi istiqamətində ciddi səy göstərdiyini deyib: “Ancaq bunu tək başımıza edə bilmərik və etmək də istəmirik".
Fransanın Avropanın təhlükəsizliyini təmin etmək üçün tərəfdaşları ilə işləmək istədiyini deyən Olland, eyni zamanda Avropanın öz ayaqları üzərində dayanmağa hazır olduğunu bəyan edib və ABŞ-a mesaj da göndərib: "Əgər ABŞ geridə qalmaq istəsə, Avropanın özünü müdafiə edəcəyini hər kəs bilməlidir".