Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən baş nazir Şavkat Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının Facebook səhifəsinə əsasən cənab Mirziyoyevin namizədliyi Liberal-Demokratlar Partiyasının toplantısında təsdiqlənib.
Şavkat Mirziyoyev 1957-ci ildə anadan olub. O, Daşkəndin Mirzə-Uluqbəy rayonu, Cizak və Səmərqənd icra hakimiyyətlərinin başçısı olub. 2003-cü ildə Baş nazir vəzifəsinə təyin olunan cənab Mirziyoyevin namizədliyi 2015-ci ildə seçilən yeni parlamentin dəstəyini qazanıb. O, prezident İslam Kərimovun vəfat etməsindən sonra müvəqqəti olaraq prezident vəzifəsini icra edir. Şavkat Mirziyoyev ölkənin kursunun dəyişməyəcəyini bildirib.
Prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.
Rəsmi məlumatlara görə 27 avqustda beyin qanaması keçirən Özbəkistan lideri 2 sentyabrda vəfat etmişdi. İslam Kərimov Səmərqəndin Şahizinda məzarlığında dəfn olunub.
Baki-xeber.com