Fransanın şərqində yerləşən Dijon şəhərində hələlik bəlli olmayan səbəbdən partlayış baş verib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, partlayış yerli vaxtla saat 09.15-də baş verib. Hadisə barədə xəbər verən “francetvinfo” portalı xeyli sayda yaralının olduğunu bildirib. Xəbərə görə, hazirda hadisə yerində xilasedicilər işləyir.
Şəhər meri Fransua rebsamen BFMTV telekanalının efirində bildirib ki, partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Mer terakt versiyasını istisna edib.
Son məlumatlara görə, yaralı sayı 21-dir. Onlardan 2 nəfərin durumu kritikdir.
Xilasedicilər dağıntılar altında qalanların çıxarılması yönündə iş aparır.