Türkiyədə Almaniya və Britaniya səfirliklərində terror aktı törətməyi planlaşdıran şəxslər saxlanıb.
Baki-xeber.com-un “Habertürk”ə istinadən xəbərinə görə, tutulan 4 nəfərin hamısı “İslam dövləti” terrorçu qrupunun üzvüdür. Onların 3-ü Ankarada, 1-i isə İstanbulda ələ keçib. Xəbərə görə, onlar Almaniya və Böyük Britaniyanın Türkiyədəki səfirliklərində terakt törətməyi planlaşdırırmış.
Hazırda onların sözügedən terrorçu qrupa bağlılıqları araşdırılır.
Qeyd edək ki, kəşfiyyat hər iki ölkə səfirliyində terakt hazırlandığı barədə hələ həftənin əvvəlində xəbər əldə etmiş, nəticədə hər iki dipmissiya həftənin sonuna kimi fəaliyyətinə ara vermişdi. Teraktın isə məhz Cümə günü törədiləcəyi bildirilmişdi.