Ermənistan hökumətində köklü dəyişikliklər baş verəcək.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Ermənistan Milli Birlik Hərəkatının sədr müavini, hakim Respublika partiyasının məvbuat katibi Eduard Şarmazanov çıxış edib.
Onun sözlərinə görə, hökumət üzvlüyünə namizədlər qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunacaq. Lakin konkret adlar çəkməyən Şarmazanov deyib ki, hələlik müzakirələr getdiyi üçün bu doğru olmazdı.
Şarmazanovun açıqlamalarından o da bəlli olub ki, yeni Baş nazir Karen Karapetyanın çox böyük səlahiyyətləri olacaq. Şarmazanov deyib ki, bu posta gətirilməsinə səbəb olan ideyaları həyata keçirməsi üçün ona səlahiyyət azadlığı veriləcək.
Şarmazanov bu sırada hansı ideyalardan söhbət getdiyinə aydınlıq gətirməyib, lakin nəzərə alınsa ki, Karapetyanın Baş nazir postuna yüksəlişi Rusiyanın xeyir-duası ilə baş tutub, o halda burada hadisələrin məhz Moskvanın istədiyi formada cərəyan edəcəyi şübhə doğurmur.