Ermənistan bir aydan çox aradan sonra nəhayət Baş prokurorunu seçib.
Baki-xeber.com-un erməni saytlarına istinadən xəbərinə görə, bu posta səs çoxluğu ilə Artur Davtyan seçilib. Xəbərə görə, gizli səsvermədə 103 nəfər iştirak edib, onlardan 97 nəfəri Davtyanın lehinə, 3 nəfəri əleyhinə səs verib. Bu barədə müvəqqəti say komissiyasının sədri Sukias Avetisyan məlumat verib.
Xəbərdə o da deyilir ki, əvvəlcədən də bildirildiyi kimi, səsverməyə Erməni Milli Konqresi və “Çiçəklənən Ermənistan” partiyasının üzvləri qatılmayıb.
Qeyd edək ki, Ermənistanın keçmiş Baş prokuroru Gevork Kostanyan avqustun 4-də tutduğu postdan istefa vermişdi.