şənbə günü, 26 sentyabr 2026
     

Şimali Koreyadan ABŞ-a nüvə təhlükəsi getdikcə daha da böyüyür....

Image


Şimali Koreyanın bu il həyata keçirilmiş dördüncü və beşinci nüvə sınaqları qorxulu ritorika burulğanı yaradıb - Seul və Pxenyan bir-birini yandırıb külə döndərməklə hədələyirlər. Lakin biz bütün bunların arxasında əsl elmi vəziyyəti görə bilirikmi? Sinəsinə döyməkdən başqa Kim Yonqun hərbçiləri nəyə qabildirlər və ya gələcəkdə nəyə qabil ola bilərlər?

Nüvə cəbbəxanasının müxtəlif komponentləri var. Məsələn, raketlərin ucuna geyindirilməsi üçün nüvə başlıqlarının kifayət qədər kiçik olması lazımdır. Bu başlıq hədəfə dəyənədək öz tamlığını saxlamalıdır və əlbəttə, raketlər ideal olaraq kiçik və səyyar olmalıdır ki, onları önləyici zərbə ilə sıradan çıxarmaq mümkün olmasın. Elə sualtı gəmilərin əhəmiyyəti də bundadır.

Bütün bu hərbə-zorba gəlməsinə və meydan sulamasına baxmayaraq, Şimali Koreyanın öz qonşuları və ya Birləşmiş Ştatların ərazisinə nüvə hücumu etmək qabiliyyətini alimlər necə qiymətləndirir?

Kaliforniyadakı Stanford Universitetindən professor Siegfried S Hecker ABŞ-ın Los Alamos Dövlət Laboratoriyasının keçmiş başçısıdır və Şimali Koreyanın nüvə qurğularına çox baş çəkib.

O cümə günü keçirilmiş beşinci nüvə sınağından sonra belə deyib: "Bu il keçirilmiş iki uğurlu nüvə sınağından sonra biz deyə bilərik ki, KXDR özünün yaxın və ya ola bilsin ortamənzilli raketlərinə taxıla biləcək nüvə başlıqlarını hazırlayıb və nümayiş etdirib".

"Lakin buna baxmayaraq onun nüvə başlığı olan qitələrarası ballistik ICBM (inter-continental ballistic missile) raketlərlə Birləşmiş Ştatları vura bilmək qabiliyyətini əldə etməsinə hələ çox var. Əgər nüvə proqramı məhdudlaşdırılmasa Şimali Koreya bunu 5 ildən 10 ilədək müddətdə edə biləcək" - deyib ekspert.

Bu isə o deməkdir ki, alimin nəzərində artıq real təhlükə mövcuddur. Regiondakı vəziyyətin qiymətləndirilməsi Cənubi Koreya, Yaponiya və Birləşmiş Ştatları belə bir nəticəyə gətirib ki, regionda nüvə hücumu mümkündür. Belə olduqda önləyici zərbələr olduqca real görünür.

"Şimali Koreyanın texnoloji qabiliyyəti nüvə silahlarının "qeyri-dövlət" vahidlərinə, terrorçulara, lap elə sizə, mənə yayılması ehtimalını artırır" – deyə professor Hecker narahatlığını dilə gətirir.

O deyib: "İndi ən çox narahatlıq yaradan budur ki, bu yaxınlarda əldə etdiyi nüvə və raket uğurları Pxenyanda özündən müştəbehlik yarada bilər və bu, regionun təhlükəsizlik dinamikasını dramatik şəkildə dəyişər."

Alim deyir ki, biz pulsuzluğun Şimali Koreya liderliyini parçalanma materiallarını və ya başqa nüvə avadanlığını qeyri-dovlət subyektlərinə satmağa məcbur edə biləcəyini istisna etməməliyik.

Professor Hecker Yonqbyon sentrifuq qurğusunda (materiallar burada hazırlanır) 2010-cu ilin noyabrında olub. Onun gördüyü avadanlıq və uran və plutonium ehtiyatını qiymətləndirməsindən gəldiyi nəticə budur ki, Şimali Koreyanın bu ilin sonunadək 20 bombaya doldurulacaq qədər parçalanan materialı var. Bundan əlavə onun hər il 7 yeni bomba yaratmaq qabiliyyəti ola bilər.

Səmərəli nüvə cəbbəxanasının ən zəruri keyfiyyətlərindən biri də onun önləyici zərbə ilə məhv edilməməsi üçün gizlədilə bilməsidir. Buna görə də sualtı qayıqlarda yerləşdirilən raketlər Şimali Koreyanın düşmənlərini xüsusilə narahat edir.

Raket texnologiyaları üzrə ixtisaslaşmış aerofəza mühəndisi John Schilling deyib ki, Şimali Koreyanın sualtı qayıqdan atılan sonuncu ballistik raketinin sınağı Pxenyanın nüvə proqramının əvvəllər düşünüldüyündən daha sürətlə inkişaf etdiyini göstərir.

"Lakin bu o demək deyildir ki, belə bir ballistik raket gələn həftə, gələn ay, hətta gələn il hazır olacaq. Əksinə, Şimali Koreyanın sualtı qayıq bazalı raket sınaqlarının sürəti və metodologiyası göstərir ki, o, ilkin əməliyyat əhəmiyyətli zərbənin endirilməsi qabiliyyətinə ən tezi 2018-ci ilin ikinci yarısında yetişə bilər" - deyir John Schilling.

Şimali Koreya qurudan atılan raketlər sahəsində də tərəqqiyə nail olub. Sınaqlar tez-tez keçirilib və hədəf məsafələri daim genişlənib.

Məsələn Şimali Koreya iyun ayında uçuş yüksəkliyi 1000 metrə çatan raket buraxıb. Görünür raket daha çox göyə tuşlanıb ki, Yaponiyanın üzərinə düşməsin. Bu həddən artıq böyük təxribat olardı. Lakin raketin uçuş məsafəsi Kaliforniyadakı Middlebury Beynəlxalq Tədqiqatlar İnstitutundan Jeffrey Lewisi təəccübləndirib.

"Bu o deməkdir ki, raket mükəmməl işləyib. Əgər normal bucağı ilə atılsaydı, raket tam mənzil məsafəsində hərəkət edə bilərdi" - deyir ekspert.

Lakin bu şəkilli quramanın başqa parçaları da var. Bunlardan biri də istiyədavamlı materialların hazırlanmasıdır. Bu materiallardan döyüş başlıqları hazırlanır ki, raketlər təkrar atmosfer qatlarına daxil olarkən yanmasın və başlıq yalnız hədəfə dəydikdə partlasın. Şimali Koreya iddia edir ki, belə materialları hazırlaya bilir.

Beləliklə, elmi nəticələrə görə Şimali Koreya hazırda ən azı regionda nüvə hücumu həyata keçirməyə qabildir. Lakin o daha uzağı, məsələn Birləşmiş Ştatları vura bilməz.

Lakin Şimali Koreya bu istiqamətdə inkişaf edir və ola bilsin ki, 2020-ci ildən və ya bir qədər gec zərbə məsafəsini uzada biləcək. Hər halda alimlər deyirlər ki, həmin gün artıq elə də uzaqda deyil.

Bu sahədə ən böyük nüfuz sahibi sayılan professor Hecker məsələnin siyasi tərəfi ilə əlaqədar da öz baxışlarına malikdir: "Sonuncu nüvə sınağı göstərir ki, KXDR-i sanksiyalarla buxovlamaq və ya Çinin Pxenyanın nüvə proqramına təsir etməsini gözləmək siyasəti işləmir…

Sanskiyaların çoxaldılması və Cənubi Koreyanın raket müdafiəsinin gücləndirilməsi Çinin əməkdaşlıqdan daha çox çəkinməsinə səbəb olacaq".

"Vaşinqtonun Kim rejimi ilə birbaşa danışıqlardan nə dərəcədə iyrənməsinə baxmayaraq, burada çatışmayan məhz elə diplomatiyadır" - deyib professor Hecker.

BBC



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ