Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın KTMT sədri olmaq istəmədiyi ortaya çıxıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, o bu barədə yaxın ətrafına deyib. Ölkəsinin mətbuatı isə onun bu postdan mümkün imtinasını “güclü gediş” adlandırıb. Bildirilir ki, KTMT əslində həbi blok kimi yox səviyyəsindədir və Rusiyanın oyuncağıdır. Üstəlik, Ermənistan qarşısında ittifaq öhdəliklərini yerinə yetirməyib. Erməni nəşri yazır ki, bu təşkilat Aprel döyüşlərində erməni əsgərlərinin qanının axmasında birbaşa günahkardır, çünki onunla bağlanan saziş Ermənistanın “müdafiə imkanlarını məhdudlaşdırıb”. Nəşrin fikrincə, Ohanyanın KTMT sədrliyinə gətirilməsi məhz bu xəttin davamı olacaq.
Xatırladaq ki, KTMT-nin oktyabrın 14-də İrəvanda növbəti iclası keçiriləcək. Qurumun fəaliyyətdə olan sədri Nikolay Bordyuja həmin iclasda növbəti dönəm üçün sədrlik postuna Seyran Ohanyanın gətiriləcəyinin elan olunacağını bildirib.