ABŞ prezidenti Barak Obama Respublikaçıların prezidentliyə namizədi Donald Trampın özünü Rusiya prezidenti Vladimir Putinə bənzətməyə çalışdığını bildirib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə o, Pensilvaniyada Hilları Klintonun seçki kampaniyası çərçivəsində təşkil olunan mitinqdə danışıb. Obama deyib ki, bu yaxınlarda Donald (Tramp) Rusiya televiziyasındakı çıxışında amerikan hərbçilərini söyüb və “Putinin qarşısında əyilib”. “O bu şəxsə vurulub, sadəcə vurulub”- deyən Obama “Bu təmaslar xarici siyasətin bir hissəsidir və mən də Putinlə təmaslarda oluram, lakin heç yerdə gəzib demirəm ki, o mənim təqlid eləməli və nümunə götürməli olduğum insandır”- deyə fikrinə aydınlıq gətirib.
Lakin xəbərdə o da deyilir ki, Ağ Evin hazırki sahibinin səsləndirdiyi fikirlər Trampın dilindən eşidilməyib. O üzdən güman olunur ki, Obama həmin sözləri deyərkən bu günlərdə “New York Times”-da çıxan “Trampın Putin sevgisi: özünü bənzətmə üçün prezident nümunəsi” məqaləsinə istinad edib.