Avropa NATO-nun ümumi daxılına maliyyə ödənişini dayandırarsa, ABŞ müqavilədən çıxmalıdır.
Baki-xeber.com-un regnum.ru saytına istinadən xəbərinə görə, belə bir təkliflə ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp çıxış edib.
O deyib ki, təşkilatın üzv ölkələrinin sayı 28 olsa da, hazırda yalnız ABŞ, Polşa, Böyük Britaniya, Estoniya və Yunanıstan qaydalara əməl edərək özünün hərbi büdcəsinin 2 faizi miqdarında NATO kassasına vəsait ödəyir. Almaniya, Fransa, İspaniya və Kanada isə tələb olunan məbləğdən xeyli aşağı olan ödənişlərinin gələcək perspektivlərinə baxmaq fikrində belə deyillər.
Bu durumda isə, Trampın fikrincə, alyansda qalmağın bir anlamı yoxdur.