İsrail HHQ Suriya Ordusunun mövqelərinə hava zərbələri endirib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, buna səbəb növbəti dəfə Suriya ərazisindən atılan bombanın İsrail hökumətinin nəzarətində olan Qolan təpələrinə düşməsidir.
Xəbərdə bildirilir ki, bu artıq dördüncü analoji insidentdir ki yaşanır və İsrail artıq bunu təsadüf saymır. Lakin yerli ekspertlər baş verənləri Suriyanın sərhədyanı ərazilərində döyüşlərin aktivləşməsilə izah edir.