ABŞ prezidentliyinə Demokratlar partiyasının “ehtiyat” namizədlərinin adları bəlli olub.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bunlar vitse-prezident Co Bayden və praymerizi uduzmuş Vermont ştatından senator Berni Sandersdir. Lakin xəbərə görə, onların rəsmi namizədliyinin qeydə alınması yalnız Hillari Klinton öz namizədliyini könüllü geri götürdüyü təqdirdə mümkündür. Bu halda sözügedən partiyanın fövqəladə toplantısı çağırılaraq alternativ namizədlər qeydə alına bilər. Lakin hələlik eks dövlət katibi belə bir xahişlə müraciət etməyib.
Xatırladaq ki, ABŞ prezidentliyinə Demokratlar partiyasından ən şanslı namizəd Hillari Klintonun sentyabrın 11-də Nyu-Yorkda terror qurmanlarının anım tədbirində halı pisləşib və o, huşunu itirib. Sonradan şəxsi həkimi eks dövlət katibinin sətəlcəm olduğunu açıqlayıb.