ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hilları klintonun sətəlcəm olduğu ortaya çıxıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu diaqnoz ona sentyabrın 11-də Nyu-Yorkda terror qurbanlarının xatirə memorialı önündə keçirilən anım tədbirində halının pisləşməsindən sonra qoyulub. Belə ki, həmin tədbirdə hali pisləşən xanım Klinton mikroavtobusuna doğru irəliləyərkən huşunu itirib və cangüdənlərin köməyilə avtomobilə oturdulub. Daha sonra isə bəlli olub ki, şəxsi həkimi ona sətəlcəm diaqnozu qoyub və daha çox istirahət etməyi tövsiyə edib.
Xəbərdə o da bildirilir ki, baş verənlər artıq xanım Klintonun seçki kampaniyasına öz təsirini gösrərib. Belə ki, xanım Klintonun prezident seçkilərində qələbəsinə hesablanmış fyuçerslər birdən-birə 11 faiz ucuzlaşaraq 72 sentdən 64 sentə düşüb. Eyni zamanda, bu arada keçirilən sorğu da şəraitin Trampın xeyrinə dəyişdiyini deməyə əsas yaradıb.
Daha bir xəbərdə isə bildirilir ki, Tramp öz ətrafına Hillari Klintonun xəstəliyi barədə danışmağı qadağan edib.